Logo
    main-post-cover

    iPhone 14 Pro modellərinin fərqləndirici özəllikləri barəsində məlumatlar verilib

    Cihazlar+
    26.07.2022
    Emil
        iPhone 14 smartfon seriyasının təqdimatının sentyabr ayında baş tutacağına baxmayaraq Macworld adlı sayt iPhone 14 Pro iPhone 14 Pro Max modellərinin göstəriciləri barəsində qeyri-rəsmi hesabatı təqdim edib. Təqdim edilmiş hesabatda əsas diqqət smartfonların sahib olacaqları prosessorun performansına ayrılıb. Beləliklə məlumatda qeyd edilib ki, ARM v9 arxitekturası əsasında olan A16 Bionic prosessoru TSMC şirkətinin N4P adlı texnoloji prosesi üzrə hazırlanır. Gözləntilərə əsasən Apple şirkətinin yeni nəsil mobil prosessoru özündə 20 milyard tranzistoru birləşdirəcək və A15 Bionic ilə müqayisədə 15%-lik perfomans yüksəlişini sərgiləyəcək.
        Prosessorun sahib olacağı qrafik çipə gəldikdə isə məlumata əsasən Apple A16 Bionic-i 5 və ya 6 nüvəli GPU ilə təchiz edəcək. Nəticədə yeni qrafik çipin performansı A15 Bionic modelindəki qrafik çipin performansından 25-30% daha yüksək olmalıdır. Yeni nəsil prosessor ilə  yanaşı iPhone 14 Pro modelləri LPDDR5 standartlı RAM yaddaşı ilə təchiz olunmalıdırlar. İnsayderlərin fikirlərinə əsasən iPhone 14 Pro modelləri LPDDR5 standartlı 6 GB RAM ilə təchiz olunacaqları bir vaxtda iPhone 14 və iPhone 14 Max modelləri LPDDR4X standartlı 6 GB RAM ilə təchiz olunacaqlar.
        Məlumatlarda həmçinin iPhone 14 seriyasının hansı modemə sahib olacağı da qeyd edilib. Apple şirkətinin hələ ki, fərdi modemlərini təqdim etmədiyinə görə iPhone 14 smartfonları Qualcomm şirkətinin Snapdragon X65 modemi ilə təchiz olunacaqlar. Daha öncəki məlumat sızıntılarında adi iPhone 14 modellərinin A15 Bionic ilə təchiz olunacaqları qeyd edilmişdi. Bu halda A16 Bionic prosessorunu yalnız iPhone 14 Pro modelləri əldə edəcəklər. Bunun həqiqətə uyğun olub-olmadığı yalnız smartfonların təqdimatları zamanı bilinəcək.
    Paylaş
    Bənzər xəbərlər