iPhone 14 Pro və 14 Pro Max smartfonları USB Type-C girişinə sahib ola bilərlər

iPhone 14 Pro və 14 Pro Max smartfonları USB Type-C girişinə sahib ola bilərlər

Mobil Cihazlar
22.11.2021 PAYLAŞIM

    Bir neçə mənbənin verdiyi məlumata əsasən gələn il iPhone 14 Pro iPhone 14 Pro Max smartfonları Lightning girişi əvəzinə USB Type-C girişi ilə təchiz oluna bilərlər. Bunun üçün bir neçə səbəb mövcuddur. İlk növbədə söhbət, iPhone vasitəsilə çəkilmiş ProRes videoların ötürülməsindən gedir. Belə ki, ProRes videonu kompüterə Lightning girişi ilə ötürmək çox qəliz məsələdir. Lakin USB üzərindən bu cür videonun kompüterə ötürülməsi bir neçə dəqiqə ərzində reallaşdırılır. İkinci məsələ isə Avropa Birliyinin müzakirə etdiyi yeni qanun ilə bağlıdır. Belə ki, Avropa Birliyinin müzakirə etdiyi yeni qanuna əsasən növbəti 2 il ərzində smartfon istehsalçıları bütün smartfonlarında USB Type-C girişini reallaşdırmalıdırlar.

    Apple dəfələrlə bu qanuna qarşı çıxıb və bildirib ki, smartfonlarda reallaşdırılacaq vahid giriş standartı innovasiyaların ləngimələrinə şərait yaradacaq və daha çox elektron tullantının əmələ gəlməsinə gətirib çıxardacaq. Görünür, nəticədə Apple şirkəti Avropa Birliyinin qanunu ilə razılaşmalı olacaq. Qeyd etmək lazımdır ki, Apple artıq yeni smartfonlarının qutularına şarj cihazını yerləşdirmir. Alıcılar şarj cihazını ayrıca almalı və ya əvvəlki smartfonlarının şarj cihazlarından istifadə etməli olurlar. Heç istisna deyil ki, Apple bir neçə ildən sonra iPhone-ların qutularına həmçinin naqil də yerləşdirməyəcək.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Honor şirkəti Honor 60 və Honor 60 Pro smartfonlarını təqdim edib - QİYMƏTİ..

Honor şirkəti öz yeni flaqman smartfonları olan Honor 60 və Honor 60 Pro-nu təqdim edib.


Redmi yeni orta büdcəli smartfonu Redmi Note 11T-ni təqdim edib - QİYMƏTİ

Redmi brendi Note 11 smartfon seriyasını daha bir model ilə genişləndirib. Belə ki, yeni orta büdcəl..


Məşhur analitik iPhone SE Plus barəsində məlumatlar verib

Məşhur analitik Ming-Chi Kuo Apple şirkətinin gələcək büdcəli smartfonları barəsində yeni məlumatlar..


Verilmiş yeni məlumat Samsung şirkətinin Galaxy Note seriyasından imtina etdiyin..

Sonuncu Galaxy Note seriyasının satışa çıxmasından 1 ildən çox vaxt keçib.


OnePlus 10 Pro smartfonunun texniki özəllikləri internetdə ortaya çıxıb

Bir neçə müddət bundan öncə OnePlus 10 Pro smartfon modelinin keyfiyyətli render fotoları ortaya çıx..


Motorola şirkəti Moto G200 adlı yeni flaqman smartfonunu təqdim edib - QİYMƏTİ..

Sözügedən smartfon yüksək təsvir yenilənməsinə sahib ekran, Snapdragon 888+ prosessoru və böyük həcm..

×