main-post-cover

    iPhone 14 smartfonlarında fövqəladə peyk şəbəkə əlaqəsi Apple şirkətinə 450 milyon dollara başa gələcək

    Cihazlar+
    10.11.2022
    Emil Nəcəfov
        Apple şirkəti bildirib ki, o, iPhone-dakı yeni funksiyanın çalışmasını təmin etmək üçün 450 milyon dollar vəsait xərcləyəcək. Söhbət, mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə fövqəladə hallar zamanı istifadəçinin iPhone vasitəsilə peyk şəbəkəsi üzərindən mətn formatında mesajları göndərə bilməsi funksiyasından gedir. Şirkət tərəfindən bu funksiya üçün xərclənəcək 450 milyon dollar vəsaitin böyük hissəsi Globalstar adlı şirkətin xidmətlərinə sərf ediləcək. Məhz bu şirkətin peykləri iPhone-nun yeni funksiyasını işlək vəziyyətə gətirəcək. Bununla belə Apple qeyd edib ki, o, Globalstar şirkətinin müəyyən payını almır. O sadəcə olaraq şirkət tərəfindən təqdim edilən peyk xidmətlərinin ödənişini reallaşdıracaq.
        Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə satışa çıxmış iPhone 14 smartfonları hətta mobil şəbəkə əhatəsinin olmadığı ərazilərdə bu funksiya vasitəsilə mətn formatında mesajların göndərilməsini mümkün edəcək. Bu məhz peyklər vasitəsilə mümkün olacaq. Bu halda iPhone 14 smartfonları Globalstar şirkətinin peyklərinə qoşulacaqlar. Sözügedən funksiya bu ay ərzində növbəti iOS yenilənməsi vasitəsilə aktivləşəcək. Peyk şəbəkəsinə qoşulma növbəti 2 il ərzində pulsuz olacaq. Lakin 2 ildən sonra Apple peyk şəbəkəsinə qoşulmaq üçün istifadəçilərdən müəyyən miqdarda ödəniş tələb edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər