
iPhone 14 smartfonlarının ekranlarında yaşıl rəngli zolaqlar əmələ gəlməyə başlayıb
Cihazlar+
23.12.2022
Emil
Apple şirkətinin rəsmi saytında, Reddit platformasında və digər resurslarda iPhone 14 istifadəçiləri smartfonlarla yaşanan yeni problem barəsində məlumat verməyə başlayıblar. Problem isə iPhone 14 smartfonlarının ekranlarında yaranan yaşıl rəngli zolaqlarla bağlıdır. İstifadəçilər bildiriblər ki, onlar smartfonların ekranlarını aktivləşdirən zaman ekranlarda şaquli yaşıl zolaqlar əmələ gəlir. Bununla belə bəzi istifadəçilərdə ekranlar üumiyyətlə tamamilə yaşıl rəngə boyanır. Bu problem bir neçə saniyə davam edir və daha sonra yaşıl rəngli zolaqlar itirlər. İstifadəçilər bu problemin hər zaman baş vermədiyini qeyd etsələr də, onlar bildiriblər ki, sözügedən problemdə müəyyən qanunauyğunluqlar var.

“Eyni problem ilə mən də qarşılaşmışam. Lakin mən fikir vermişəm ki, bu, əsasən ekranın deaktiv edilməsindən öncə videonun baxılması halında baş verir. Əgər siz ekranı yenidən aktivləşdirsəz, bu zaman yaşıl rəngli zolaqlar əmələ gəlir” - deyə istifadəçilərdən biri qeyd edib. Görünür, sözügedən problem daha çox iPhone 14 Pro Max modellərində yaşanır. Hər şey iki həftə bundan öncə baş verməyə başladı. Adətən bu cür zolaqlar smartfon ekranının zədələnməsindən xəbər verirlər. Buna görə də istifadəçilər öz smartfonlarını Apple şirkətinin rəsmi xidmət mərkəzlərinə aparmağa başladılar. Mütəxəssislər tərəfindən aparılmış diaqnostika nəticəsində məlum oldu ki, smartfonların ekranlarında heç bir problem yoxdur. Çox güman ki, bu problem software səviyyəsindədir. Apple şirkəti artıq bu məsələyə reaksiya verib və istifadəçilərə bildirib ki, növbəti sistem yenilənməsi çərçivəsində sözügedən problem aradan qaldırılmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
