Reklam
iPhone 14 təkmilləşdirilmiş ön kameraya sahib olacaq

iPhone 14 təkmilləşdirilmiş ön kameraya sahib olacaq

Mobil Cihazlar
15.06.2022 PAYLAŞIM

    Məşhur analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən iPhone 14 seriyasında Apple təkcə smartfonların arxa kameralarını deyil, həmçinin ön kameralarını da təkmilləşdirməyi planlaşdırır. Belə ki, iPhone 14 smartfonlarının ön kameralarında istifadəçilər tərəfindən çoxdan gözlənilən funksiya reallaşdırılmalıdır. Analitik bildirib ki, iPhone 14 modellərinin ön kameralarında Sony şirkətinin sensorundan və Genius ilə Largan şirkətlərinin istehsalı olan obyektivlərdən istifadə ediləcək. Daha əvvəlki məlumat sızıntılarında qeyd edilmişdi ki, Apple yeni iPhone modellərində ön kameralar məsələsində LG Innotek şirkəti ilə əməkdaşlıq edəcək. Lakin LG Innotek Apple şirkətinin keyfiyyət tələblərinə cavab verə bilməyib. iPhone 14-ün ön kamerasında reallaşdırılacaq əsas yenilik avtofokus dəstəyi olacaq.

    İndiyənə kimi bütün iPhone modellərinin ön kameralarında fikslənmiş avtofokusdan istifadə edilib. Avtofokus vasitəsilə isə yeni iPhone 14 modellərinin ön kameraları foto və video çəkilişlər zamanı kadrdakı insana qədər olan məsafədən asılı olmayaraq ona fokuslanacaqlar. Bundan əlavə olaraq iPhone 14-ün ön kamerası 5 linza əvəzinə 6 linzalı olacaq. Diafraqma ölçüsü isə f/1.9-a yüksələcək. Bu öz növbəsində daha çox işığı əhatə etməyə və nəticədə keyfiyyətli fotolar çəkməyə imkan verəcək. Qeyd etmək lazımdır ki, daha əvvəlki məlumat sızıntılarında iPhone 14 Pro modellərinin 48 MP-lik əsas arxa kamera ilə təchiz olunacaqları qeyd edilmişdi. Buna görə də təkmilləşdirilmiş ön kameralar yalnız iPhone 14 Pro modellərində reallaşdırılmış ola bilər. iPhone 14 smartfon seriyasının təqdimatı sentyabr ayı üçün gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×