
iPhone 14-ün təmir olunma mümkünlüyü üzrə reytinqi aşağı düşüb
Cihazlar+
21.09.2023
Emil
iPhone 14-ün satışa çıxmasından 1 il keçməsinə və onun təmir olunma mümkünlüyünün həmin vaxt qiymətləndirilməsinə baxmayaraq iFixit saytının mütəxəssisləri sözügedən smartfonun təmir olunma mümkünlüyünü yenidən qiymətləndirərək onun reytinqini aşağı salıblar. 1 il bundan öncə iFixit mütəxəssisləri iPhone 14-ü yenilənmiş daxili dizayna görə tərifləmişdilər. Həmin vaxtda onlar qeyd etmişdilər ki, yenilənmiş daxili dizayn hesabına smartfonun təmiri daha da sadələşib. Keçən il iFixit mütəxəssisləri təmir olunma mümkünlüyü mövzusunda iPhone 14-ə mümkün 10 xaldan 7 xalı vermişdilər.
Onlar qeyd etmişdilər ki, bu smartfon iPhone 7-dən sonra təmiri ən rahat olan iPhone modelidir. Lakin müəyyən müddətdən sonra iPhone 14 ilə bağlı sürprizlər ortaya çıxmağa başladı. Məsələ burasındadır ki, şirkət qeyri-rəsmi smartfon detallarını software səviyyəsində məhdudlaşdırır. Məsələn əgər siz iPhone cihazınıza Apple tərəfindən sertifikatlaşdırılmamış ekranı və ya digər komponenti quraşdırsaz, smartfonda iPhone-nun qeyri-rəsmi komponentlərdən istifadə edildiyi bildirişi ortaya çıxacaq. Bu hətta smartfonda bəzi funksiyaların məhdudlaşdırılmasına da səbəb ola bilər.

Bu mövzunu əhatə edən maraqlı nümunələrdən biri də odur ki, smartfonun arxa şüşə panelinin əvəzlənməsi üçün Apple şirkətinin yoxlanış üzrə proqram təminatı lazım gələcək. Bundan əlavə olaraq Apple şirkəti Independent Repair Provider adlı proqrama daxil olan müstəqil təmir servislərini müştərilərin özəl məlumatlarını göndərməyə və 5 il müddətindəə yoxlanışlardan keçməyə məcbur edir. Bütün bu faktorları nəzərə alaraq iFixit mütəxəssisləri iPhone 14-ün təmir olunma mümkünlüyü üzrə sahib olduğu 7 xalı ləğv edərək smartfona 4 xal veriblər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
