iPhone 14-ün təqdimat tarixi barəsində məlumat ortaya çıxıb

iPhone 14-ün təqdimat tarixi barəsində məlumat ortaya çıxıb

Mobil Cihazlar
18.08.2022 PAYLAŞIM

    Bloomberg saytınıın jurnalisti Mark Gurman öz mənbələrinə istinadən xəbər verib ki, Apple şirkəti öz növbəti təqdimatı tədbirini 7 sentyabr tarixində keçirdəcək. Bundan əlavə olaraq jurnalist bildirib ki, şirkət tədbiri bir qədər gec tarixə kimi də təxirə sala bilər. Lakin Apple təqdimatının adətən sentyabr ayının birinci yarısında baş tutduğunu nəzərə alsaq, təxirə salınma ehtimalı çox aşağıdır. Dünyada hələ də koronavirus pandemiyası olduğu üçün Apple şirkəti yeni məhsullarını online formatda təqdim edəcək. Gözləntilərə əsasən şirkət təqdimat tədbiri çərçivəsində iPhone 14, iPhone 14 Max, iPhone 14 Pro iPhone 14 Pro Max smartfonlarını təqdim edəcək

    Son məlumatlara əsasən iPhone 14 Pro modelləri adi iPhone 14 smartfonları ilə müqayisədə daha çox dəyişikliyə məruz qalacaqlar. Belə ki, daha öncə verilmiş məlumatlarda qeyd edilmişdi ki, iPhone 14 Pro modellərinin ekranları üzərində ənənəvi çıxıntı hissə olmayacaq. Onun əvəzinə smartfonlar ekran üzərində iki ədəd kiçik ölçülü çıxıntı əldə edəcəklər. Onlardan biri dairəvi, digəri isə oval formada olacaq. Bundan əlavə olaraq iPhone 14 Pro modellərinin ekranlarının Always on Display funksiyasını əldə edəcəkləri gözlənilir.


    Daha bir məlumata əsasən iPhone 14 Pro modelləri yeni A16 Bionic prosessorunu əldə edəcəkləri bir vaxtda adi iPhone 14 modelləri keçən ilki A15 Bionic prosessoru ilə təchiz oluna bilərlər. Son illərdə Apple şirkəti öz smartfonlarını təqdimatdan sonra qısa müddət ərzində satışa çıxardır. Mark Gurman-ın sözlərinə əsasən şirkət iPhone 14 smartfonlarını 16 sentyabr tarixində satışa çıxartmağı planlaşdırır. Şirkətin gələn ay baş tutacaq təqdimat tədbirində həmçinin yeni Apple Watch smart saatlarının təqdim ediləcəyi gözlənilir. Heç istisna deyil ki, şirkət həm də naqilsiz AirPods Pro 2 qulaqlıqlarını təqdim etsin.



DAHA ÇOX


Google Pixel 8a-nın real fotoları ortaya çıxıb

Google Pixel 8 smartfon seriyasının hələ gələn ay təqdim olunacağına baxmayaraq internetdə artıq Pix..


Samsung Galaxy A05-in reklam materialları təqdim edilib

Biz artıq bir neçə dəfə xəbər vermişik ki, Samsung şirkəti Galaxy A05 adlı yeni büdcəli smartfon üzə..


Redmi Note 13, Note 13 Pro və Note 13 Pro+ təqdim olunub - QİYMƏTİ

Xiaomi şirkəti Çində baş tutmuş təqdimat tədbiri çərçivəsində Redmi Note 13 smartfon seriyasını təqd..


Honor X40 GT Racing Edition smartfonu təqdim edilib - QİYMƏTİ

Honor şirkəti X40 GT Racing Edition adlı yeni smartfonunu təqdim edib.


Elektromobil istehsalçısı NIO öz ilk smartfonu NIO Phone-nu təqdim edib - QİYMƏT..

Çinin elektromobil istehsalçısı olan NIO şirkəti NIO Phone adlı ilk smartfonunu təqdim edib.


Samsung Galaxy S23 FE müxtəlif regionlarda fərqli prosessorlara sahib olacaq

Google Play Console servisində Samsung Galaxy S23 FE smartfonunun iki versiyada qeydiyyat məlumatlar..

×