Logo
    main-post-cover

    iPhone 15 bəzi müasir Android smartfonlarda olan texnologiyanı əldə edə bilər

    Cihazlar+
    09.02.2023
    Emil
        Çoxlu sayda faydalı funksiyaya sahib olmalarına baxmayaraq flaqman iPhone modelləri hələ də müasir Android cihazların bəzi funksiyalarından məhrumdurlar. Bu cür funksiyalardan biri də ikitərəfli şarj texnologiyasıdır. Qeyd etmək lazımdır ki, sözügedən texnologiyanın dəstəyinə sahib olan müasir Androd smartfonlar naqilsiz qulaqlıqlar və smart saatlar kimi cihazları şarj edə bilirlər. Bunun üçün həmin cihazları bu texnologiyanı dəstəkləyən smartfonun üzərinə qoymaq kifayət edir. Verilmiş yeni məlumata əsasən isə Apple şirkəti öz iPhone modellərinə bu texnologiyanı inteqrasiya etmək üçün artıq işlərə start verib. Məlumatda qeyd edilib ki, Apple ikitərəfli şarj texnologiyasının dəstəyini bu il təqdim ediləcək iPhone 15 modellərində reallaşdırmağı planlaşdırır.
        Apple hal hazırda bu texnologiyanı test edir və o hələ də həm hardware həm də software tərəfdən təkmilləşdirilməlidir. İnsayderlər bildiriblər ki, Apple həmçinin ikitərəfli şarj texnologiyası üçün xüsusi istifadəçi interfeysi üzərində də çalışır. İkitərəfli şarj texnologiyası üçün hazırlanan istifadəçi interfeysi özündə smartfon cihazında əks olunacaq yeni animasiyaları və səs effektlərini birləşdirəcək. Məlumatda qeyd edilib ki, Apple ilk əvvəl bu texnologiyanı hal hazırda aktual olan iPhone 14 Pro iPhone 14 Pro Max modellərində reallaşdırmaq istəyirdi. Lakin şirkət təyin edilmiş müddətə kimi həmin smartfonlar üçün bu texnologiyanı lazımi səviyyədə hazır edə bilməyib. İkitərəfli şarj texnologiyasının bu ilki iPhone modellərində reallaşdırılacağı halda çox güman ki, onu yalnız iPhone 15 ProiPhone 15 Pro Max əldə edəcək.
    Paylaş
    Bənzər xəbərlər