Logo
    main-post-cover

    iPhone 15-də fiziki düymələrin yerinə sensorlu düymələr ola bilər

    Cihazlar+
    24.11.2022
    Emil
        iPhone 15 smartfon seriyasının təqdimatının gələn ilin payız fəslində baş tutacağına baxmayaraq onun barəsində məlumatlar artıq indidən ortaya çıxır. Bu dəfə iPhone 15 barəsində yeni məlumatı Apple şirkətinin rəsmi təchizatçısı təqdim edib. Söhbət, Cirrus Logic şirkətindən gedir. Sözügedən şirkət iPhone 15-də reallaşdırılacaq yeni dizayn özəlliyinə işarə edib. Şirkətin sözlərinə əsasən iPhone 15-də reallaşdırılacaq yeni dizayn özəlliyi xüsusi istifadəçi təcrübəsini təqdim edəcək. Öz səhmdarlarına göndərmiş olduğu məktubunda Cirrus Logic şirkəti qeyd edib ki, o öz strateji sifarişçisi ilə əməkdaşlıq etməyə davam edir və gələn il smartfonlar üçün nəzərdə tutulmuş yeni HPMS komponentini bazara çıxartmağı planlaşdırır.
        Qeyd etmək lazımdır ki, HPMS iPhone modellərindəki Taptic Engine texnologiyasının çalışması üçün nəzərdə tutulmuş yüksək performanslı çipdir. Cirrus Logic şirkətinin CEO-su analitiklər ilə danışıq zamanı qeyd edib ki, şirkət yeni HPMS komponentini gələn ilin ikinci yarısına kimi bazarda təqdim edəcək. Bu isə öz növbəsində iPhone 15 smartfonlarının satışa çıxma müddətləri ilə uyğunlaşır. Keçən həftə investorlar üçün təqdim edilmiş hesabatda Barclays şirkətinin analitikləri qeyd ediblər ki, yeni HPMS komponenti çox güman ki, iPhone 15 smartfonlarında fiziki düymələri əvəz edəcək sensorlu panellərin çalışması üçün nəzərdə tutulub.
        Söhbət, yandırıb/söndürmə və səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş düymələrdən gedir. Hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo qeyd etmişdi ki, iPhone 15 seriyasında fiziki düymələrə sahib olmayan modellər təqdim ediləcək. Onun fikrincə sensorlu düymələri iPhone 15 Pro iPhone 15 Pro Max (və ya iPhone 15 Ultra) modelləri əldə edəcəklər. Bu halda adi iPhone 15 modelləri ənənəvi fiziki düymələrə sahib olacaqlar. Bunun həqiqətən də belə olub-olmayacağı gələn il bilinəcək.
    Paylaş
    Bənzər xəbərlər