
iPhone 15 ilə iPhone 15 Plus 48 MP-lik əsas arxa kameraya sahib ola bilərlər
Son illərdə Apple şirkəti yeni iPhone seriyasını təqdim edən zaman adi iPhone modellərini daha 1 il öncəki iPhone Pro modellərində olmuş kameralar ilə təchiz edir. Görünür, bu il də istisna olmayacaq. Belə ki, insayderlərin vermiş olduqları yeni məlumatlara əsasən bu il bütün iPhone 15 modelləri 48 MP-lik əsas arxa kamera ilə təchiz olunacaqlar. Lakin bu o demək deyil ki, iPhone 15 ilə iPhone 15 Plus modelləri 1/1.28 düym ölçülü eyni kamera sensorlarını əldə edəcəklər. Lakin bu cür ehtimalı da aradan qaldırmaq lazım deyil. Bununla belə iPhone 15 Pro ilə iPhone 15 Pro Max modellərinin daha böyük ölçülü yeni 48 MP-lik əsas arxa kameraya sahib olacaqları gözlənilir.
Paylaş
Bənzər xəbərlər