Logo
    main-post-cover

    iPhone 15 ilə iPhone 15 Plus-da USB Type-C-nin sürəti məhdudlaşdırılacaq

    Cihazlar+
    25.08.2023
    Emil
        Artıq məlumdur ki, Apple iPhone 15 smartfonlarını Lightning girişindən USB Type-C-ə keçirəcək. USB Type-C-nin Lightning qarşısında bəzi üstünlüklərə sahib olmasına baxmayaraq iPhone 15 ilə iPhone 15 Plus çətin ki, USB Type-C üzərindən məlumatların ötürülməsi mövzusunda hansısa üstünlükləri əldə etsinlər.
        İnsayderlərin vermiş olduqları məlumata əsasən iPhone 15 ilə iPhone 15 Plus-ın komplektlərinə daxil olacaq USB Type-C naqilinin çalışma sürəti USB 2.0-ın çalışma sürətinə bərabər olacaq. Yəni söhbət, məlumatların saniyədə 480 MB sürətlə ötürülməsindən gedir. Bununla belə iPhone 15 Pro modelləri məlumatların USB Type-C üzərindən daha sürətli şəkildə ötürülməsini dəstəkləyəcəklər. Bu ya USB 3.2-nin ya da Thunderbolt 3-ün sahib olduğu sürətə bərabər olacaq. 
    Paylaş
    Bənzər xəbərlər