main-post-cover

    iPhone 15 ilə iPhone 15 Plus ekranlarının hansı özəllikləri əldə etməyəcəkləri məlum olub

    Cihazlar+
    09.03.2023
    Emil Nəcəfov
        Apple şirkəti iPhone 15 smartfonları üçün nəzərdə tutulmuş ekranların istehsalı il bağlı müqavilələri artıq bağlayıb. Şirkətin öz yeni smartfonları üçün olacaq ekranlara tələblərindən şirkətin hansı ekran özəlliklərini eksklüziv olaraq iPhone 15 Pro modellərində saxlayacağını anlamaq olar. İlk öncə qeyd etmək lazımdır ki, bu il təqdim ediləcək iPhone 15 seriyasına daxil olacaq bütün modellərin ekranları üzərində Dynamic Island çıxıntısı reallaşdırılacaq. Lakin bununla belə iPhone 15 ilə iPhone 15 Plus-ın ekranları iPhone 15 Pro modellərinin ekranlarından fərqlənəcəklər.
        Belə ki, verilmiş məlumata əsasən iPhone 15 Pro modelləri LTPO ekranlar əldə edəcəklər və onlar 1 Hz–dən 120 Hz-ə kimi təsvirin dinamik yenilənməsi özəlliyini özlərində birləşdirəcəklər. iPhone 15 ilə iPhone 15 Plus-a gəldikdə isə bu smartfonlar ənənəvi olaraq 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranlar əldə edəcəklər. Burdan da belə qənaətə gəlmək olar ki, Always on Display funksiyası bu il də yalnız iPhone 15 Pro modellərində aktiv olacaq. Hələ bir neçə müddət bundan öncə Ross Young adlı məşhur analitik bildirmişdi ki, ekran istehsalçıları bütün iPhone 15 modelləri üçün LTPO ekranların istehsalı məsələsində yetəri qədər istehsalat gücünə sahib deyillər. 
    Linki kopyala