Logo
    main-post-cover

    iPhone 15 ilə iPhone 15 Pro-nun maketlərinin fotoları təqdim edilib

    Cihazlar+
    31.08.2023
    Emil
        İnsayderlər hələ təqdim edilməmiş iPhone 15 ilə iPhone 15 Pro-nun real maketlərinin fotolarını təqdim ediblər. Məlumatda qeyd edilib ki, maketlərin sahib olduqları gövdə rəngləri satışa çıxacaq real smartfonların gövdə rəngləri ilə üst-üstə düşürlər. Gözləntilərə əsasən iPhone 15 Pro-nun gövdə ətrafı çərçivəsi paslanmaz poladdan deyil, titan materialdan hazırlanacaq. Təqdim olunmuş fotolardan brində görmək olar ki, iPhone 15 Pro modeli bazara space black, gümüşü, mavi və titan rənglərində satışa çıxacaq. iPhone 15 ilə iPhone 15 Plus modellərinə gəldikdə isə onlar qara, sarı, mavi, yaşıl və çəhrayı rənglərdə satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının təqdimatı 12 sentyabr tarixində baş tutacaq.
    Paylaş
    Bənzər xəbərlər