main-post-cover

    iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

    Cihazlar+
    21.03.2023
    Farid Pardashunas
        İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər. Təqdim edilmiş CAD render fotolarda sözügedən smartfonların gövdələrində olacaq idarəetmə elementlərinin dizaynlarını görmək olar. CAD render fotolardan görmək olar ki, iPhone 15 Pro modelində səsin tənzimlənməsi üçün nəzərdə tutulmuş fiziki düymələr sensorlu panel ilə əvəz ediləcək.
        Smartfonun səssiz rejimə keçirilməsi üçün olan düymə isə sürüşdürülən mexanizmdən adi düymə mexanizminə keçid edəcək. Fotolardan səssiz rejimə keçid düyməsinin sensorlu olub-olmayacağını söyləmək çətindir. Bununla yanaşı fotolardan birinə əsasən iPhone 14 Pro ilə müqayisədə iPhone 15 Pro-nun arxa kamera sahəsinin qalınlığı azalacaq. Adi iPhone 15 modelinin CAD render fotolarına gəldikdə isə görmək olar ki, o, ənənəvi fiziki düymələr ilə təchiz olunacaq. Bununla yanaşı iPhone 15 Plus modelinin də ənənəvi fiziki düymələrə sahib olacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər