
iPhone 15-in CAD render fotoları ortaya çıxıb
Hələ bir neçə müddət bundan öncə 9to5mac saytı iPhone 15 Pro smartfonunun CAD render fotolarını təqdim etmişdi. İndi isə həmin sayt adi iPhone 15 modelinin CAD render fotolarını təqdim edib. Beləliklə təqdim edilmiş CAD render fotolardan da görmək olar ki, xarici görünüşcə iPhone 15 modeli hal hazırda aktual olan iPhone 14-ə bənzəyəcək.
iPhone 15-də reallaşdırılacaq əsas xarici görünüş fərqi isə ondan ibarət olacaq ki, yeni smartfonun ekranı üzərində Dynamic Island çıxıntısı yerləşəcək. Bundan əlavə olaraq smartfon USB Type-C girişi ilə təchiz olunacaq. iPhone 14-də olduğu kimi iPhone 15-də də ikili arxa kamera mövcud olacaq. Gözləntilərə əsasən adi iPhone 15 modeli yüksək tezlikli təsvir yenilənməsinə sahib olmayan 6.1 düym OLED ekran ilə təchiz olunacaq. Bununla yanaşı smartfon yeni prosessor vasitəsilə çalışacaq. iPhone 15 smartfon seriyasının sentyabr ayında təqdim ediləcəyi gözlənilir.
Paylaş
Bənzər xəbərlər