
iPhone 15-in dəqiq təqdimat tarixi barəsində məlumat verilib
Bloomberg saytının məşhur insayderi Mark Gurman Apple şirkətinin gələn ay baş tutacaq təqdimat tədbiri barəsində yeni məlumatları təqdim edib. İnsayderin sözlərinə əsasən şirkətin gələn aykı təqdimat tədbiri 12 sentyabr tarixində baş tutacaq. Həmin təqdimatda şirkət iPhone 15 smartfon seriyasını, Apple Watch Series 9 və Watch Ultra 2 smart saatlarını təqdim edəcək. Əgər hər şey plan üzrə getsə, şirkət iPhone 15-in ön sifarişinə 15 sentyabrda, satışlarına isə 22 sentyabrda start verəcək. İnsayder bildirib ki, Apple oktyabr ayında da təqdimat tədbiri keçirəcək. Lakin oktyabrdakı tədbirdə M3 prosessoruna sahib yeni Mac kompüterləri təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər