main-post-cover

    iPhone 15-in əldə edəcəyi yeni gövdə rəngləri məlum olub

    Cihazlar+
    28.02.2023
    Emil Nəcəfov
        Apple bu il təqdim ediləcək iPhone 15 smartfonları üçün yeni gövdə rənglərini reallaşdıracaq. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, iPhone 15 Pro modellərinin tünd-qırmızı rəngli gövdəyə sahib versiyaları satışa çxıacaq. İndi isə adi iPhone 15-in sahib olacağı gövdə rəngləri barəsində məlumat verilib. İnsayderlər bildiriblər ki, adi iPhone 15 üçün minimum iki yeni gövdə rəngi olacaq: Çəhrayı və açıq mavi. Qeyd etmək lazımdır ki, Apple əvvəlki iPhone modellərində artıq bu gövdə rənglərindən istifadə edib. Həmçinin iPhone 14 seriyasında da mavi rəngli gövdəyə sahib smartfon var. Lakin məlumata əsasən adi iPhone 15-də olacaq mavi rəng daha fərqli olacaq. iPhone 15 modelində hansısa digər gövdə rənglərinin olacağı hələ bilinmir. Lakin gözləntilərə əsasən adi iPhone 15 modelində qırmızı, qara və ağ rəngli gövdəyə sahib smartfonlar olduğun kimi qalacaqlar.
    Linki kopyala