main-post-cover

    iPhone 15-in əsas arxa kamerası barəsində məlumatlar verilib

    Cihazlar+
    27.07.2023
    Emil Nəcəfov
        Apple artıq sentyabr ayında iPhone 15 smartfon seriyasını təqdim edəcək. Buna görə də son zamanlarda iPhone 15 smartfonları barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. İndi isə insayderlər bu smartfon seriyasına daxil olacaq adi iPhone 15 barəsində yeni məlumatları təqdim ediblər. İnsayderlərin sözlərinə əsasən iPhone 14-ün əsas arxa kamerasından fərqli olaraq iPhone 15-in əsas arxa kamerasının konstruksiyasında ciddi dəyişiklik olacaq.
        Məlumatda qeyd edilib ki, 7 ədəd plastik linzaya sahib iPhone 14-dən fərqli olaraq iPhone 15 modelləri hibrid optikalı kameraları əldə edəcəklər. Kameraların sahib olacaqları 7 linzadan biri şüşədən, digər 6-sı isə plastikdən təşkil olunacaq. Bununla yanaşı əsas arxa kameranın işıq həssaslığı da yüksələcək. f/1.7 əvəzinə f/1.79 diafraqmaya sahib olmaqla iPhone 15 modeli 15-20% daha çox işığı udmaq imkanını verəcək. Bununla belə gözləntilərə əsasən iPhone 15 modeli iPhone 14-də olan 48 MP-lik əsas arxa kameranı əldə edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər