main-post-cover

    iPhone 15-in kameraları, yeni Apple Watch və AirPods Lite barəsində məlumatlar verilib

    Cihazlar+
    03.01.2023
    Farid Pardashunas
        Haitong International Securities şirkətinin analitiki Jeff Pu Apple şirkətinin yaxın gələcəkdə təqdim edəcəyi bəzi yeni məhsullar barəsində məlumatlar verib. Analitik əsasən iPhone 15-in kameraları barəsində məlumat verib və qeyd edib ki, şirkət hal hazırda AirPods Lite qulaqlıqları və yeni növ ekrana sahib olacaq Apple Watch üzərində çalışır. Analitikin sözlərinə əsasən şirkət bu il təqdim ediləcək iPhone 15 və iPhone 15 Plus modellərinin kameralarında dəyişiklik edəcək. Belə ki, sözügedən smartfonlar hal hazırda aktual olan iPhone 14 Pro modellərinin kameralarını əldə edəcəklər. Yəni iPhone 15 ilə iPhone 15 Plus modelləri üçlü arxa kamera ilə təchiz olunacaqlar və onların əsas kamera sensorları 48 MP-lik olacaq.
        iPhone 15 Pro iPhone 15 Pro Max modellərinə gəldikdə isə onlar LiDAR skaneri, 5 və ya 6 qat optik zoom-a sahib teleobyektiv ilə təchiz olunacaqlar. Gözləntilərə əsasən iPhone 15 smartfonları həmçinin USB Type-C girişinə sahib olmalıdırlar. Bununla yanaşı analitik bildirib ki, Apple büdcəli naqilsiz qulaqlıqlar bazarına daxil olmağa hazırlaşır və bu istiqamətdə AirPods Lite üzərində çalışır. Lakin digər tərəfdən şirkət çətin ki, öz məhsulunu bu cür adlandırsın. Hər halda analitik qeyd edib ki, sözügedən qulaqlıqlar üzərində artıq iş gedir. AirPods Lite modelinin texniki özəllikləri barəsində məlumat yoxdur.
        Sadəcə olaraq məlumatda qeyd edilib ki, sözügedən qulaqlıqlar digər brendlərin büdcəli naqilsiz qulaqlıqları ilə rəqabət aparacaq. Analitik bildirib ki, AirPods Lite 2024-cü ildə təqdim edilməlidir. Analitikin sözlərinə əsasən Apple şirkəti 2024-cü ildə micro-LED ekrana sahib ilk Apple Watch smart saatını təqdim edəcək. O bildirib ki, Apple şirkətinin 2024-cü ildəki Apple Watch modeli 2.1 düym micro-LED ekrana sahib olacaq. Qeyd etmək lazımdır ki, sözügedən növ ekranın istifadəsi öz növbəsində onun parlaqlıq səviyyəsini daha da yüksəltməyə imkan verəcək. Gözləntilərə əsasən micro-LED ekranı əldə edəcək smart saat məhz növbəti Apple Watch Ultra modeli olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər