
iPhone 15-in keyfiyyətli fotosu təqdim edilib
Ice Uinverse ləqəbli məşhur insayder iPhone 15-in keyfiyyətli fotosunu təqdim edib. İnsayderin sözlərinə əsasən smartfonun final versiyası məhz bu cür görünüşə sahib olacaq. Fotodan da görmək olar ki, iPhone 15 xarici görünüşcə iPhone 14-dən çox az fərqlənəcək. Təqdim edilmiş fotodan belə qənaətə gəlmək olar ki, iPhone 15 smartfonu ekran ətrafı nazik çərçivələr əldə edəcək və onun üzərində Dynamic Island çıxıntısı olacaq.
Phone 15-in ekranında reallaşdırılacaq Dynamic Island çıxıntısı hal hazırda aktual olan iPhone 14 Pro modellərinin ekranlarındakı Dynamic Island çıxıntısından heç fərqlənməyəcək. Həmçinin iPhone 15 özündə fiziki idarəetmə düymələrini qoruyub saxlayacaq. Son məlumatlara əsasən iPhone 15 Pro modellərində fiziki düymələr sensorlu analoqlar ilə əvəz ediləcək.
Paylaş
Bənzər xəbərlər