
iPhone 15-in potensial yeni dizaynını sərgiləyən render foto hazırlanıb
Cihazlar+
23.11.2022
Emil Nəcəfov
Hələ dünən iPhone 15-in mümkün dizaynı barəsində məlumat verilmişdi. Məlumatda qeyd edilmişdi ki, iPhone 15-də smartfonun yuxarı sahəsinin kənar hissələrinin arxa panelə keçidi iPhone 14-də olduğu kimi düz şəkildə olmayacaq. Məlumata əsasən həmin keçid iPhone 5c modelində olduğu kimi yuvarlaq dizaynda reallaşdırılacaq. İndi isə həvəskar şəxslərdən biri bu ideyanı render formatında reallaşdırıb. Təqdim edilmiş render fotoda iPhone 15-in gövdəsi arxa panelə keçid sahəsində düz bucağa sahib deyil. Hal hazırda düz bucaq dizaynını iPhone 11-dən sonra bütün iPhone modellərində görmək olar. Maraqlısı ondadır ki, ortaya çıxmış məlumatda yuvarlaq dizaynın iPhone 15-in yalnız yuxarı hissəsi üçün olacağı qeyd edilib. Burdan da belə qənaətə gəlmək olar ki, kənar hissələr həm arxa həm də qabaqdan düz bucaq dizaynını əldə edəcəklər.

Linki kopyala
Həftənin xəbərləri

