
iPhone 15-in təqdimatından sonra daha öncəki iPhone-ların aqibətləri necə olacaq?
12 sentyabr tarixində Apple şirkəti iPhone 15 smartfon seriyasını təqdim edəcək. Lakin iPhone 15 smartfonlarının təqdim olunmasından sonra hal hazırda aktual olan iPhone modellərinin aqibətlərində hansı dəyişikliklər olacaq? BGR adlı sayt öz mənbələrinə istinadən bu məsələyə aydınlıq gətirib. Təbii ki, iPhone 15 smartfonlarının təqdim olunmasından sonra köhnə iPhone modellərindən bəzilərinin istehsalatlarının dayandırılacağı və satış qiymətlərinin aşağı düşəcəyi gözlənilir.
Məlumata əsasən Apple iPhone 14 smartfon seriyasından iPhone 14 Pro modellərini çıxaracaq. Bu, alıcıların iPhone 15 Pro modellərinə maraqlarını artırmaq üçün ediləcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət həmçinin iPhone 12-nin də satışlarını dayandıracaq. iPhone 15 modellərinin təqdimatlarından sonra Apple aşağıda qeyd edilmiş siyahı üzrə əvvəlki iPhone modellərinin satışlarını reallaşdıracaq.
- A15 Bionic prosessoruna sahib iPhone SE - 64 GB yaddaş üçün 429$-dan başlayan qiymətlə
- A15 Bionic prosessoruna sahib iPhone 13 - 128 GB yaddaş üçün 599$-dan başlayan qiymətlə
- A15 Bionic prosessoruna sahib iPhone 14 - 128 GB yaddaş üçün 699$-dan başlayan qiymətlə
- A15 Bionic prosessoruna sahib iPhone 14 Plus - 128 GB yaddaş üçün 799$-dan başlayan qiymətlə.
Qeyd etmək lazımdır ki, təqdim edilmiş bu məlumat qeyri-rəsmi xarakter daşıyır. Buna görə də ona bir qədər şübhə ilə yanaşmaq lazımdır. Rəsmi məlumat iPhone 15 smartfon seriyasının təqdimatından sonra təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər