
iPhone 15-in yeni gövdə rəngində render fotosu təqdim edilib
9to5mac saytı iPhone 15 Pro-nun yeni gövdə rəngində render fotosunu təqdim edib. Söhbət, boz rəngdən gedir. Apple onu Titan Gray adlandıracaq. Render fotodan da görmək olar ki, bu cür gövdə rəngi gümüşü və ağ rəngli gövdədən bir qədər tünd görünəcək. Onu da qeyd etmək lazımdır ki, Titan Gray-dən əlavə olaraq iPhone 15 Pro modeli həmçinin tünd-göy gövdə rəngini də əldə edəcək. iPhone 15 smartfon seriyası gələn ayın ortasında təqdim edilməlidir.
Paylaş
Bənzər xəbərlər