Logo
    main-post-cover

    iPhone 15, iPhone tarixindəki ən sürətli köhnələn model olub!

    Cihazlar+
    19.08.2024
    Aslan

         Qarşıdan gələn iPhone 16 seriyasındakı bütün modellər iOS 18 süni intellekt xüsusiyyətləri ilə gələcək. Apple Intelligence olmadan iPhone 15 və iPhone 15 Plus-ın gələcəyi çox da parlaq görünmür.

          Apple tərəfindən nadir görülən bir hərəkətlə, ən maraqlı iOS süni intellekt xüsusiyyətləri, iPhone 15 Pro üçün eksklüziv oldu. Apple Intelligence, heç vaxt iPhone 15 və ya iPhone 15 Plus-a gəlməyəcək. Bu, iPhone 15-in gələcəyi üçün xüsusilə də qarşıdan gələn iPhone 16 iPhone SE 4 modelləri ilə müqyisədə böyük bir hadisədir. iPhone 16-nın satışa çıxarıldığı zaman Apple Intelligence üçün tam dəstək verməsi gözlənilir. Bu o deməkdir ki, istifadəçilər, Pro modelini seçib-seçməməsindən asılı olmayaraq güclü A18 çipi sayəsində iOS 18.1 ilə gələcək bütün yeni süni intellekt xüsusiyyətlərindən istifadə edə biləcəklər.
         iPhone 15 üçün əsl təhlükə əslində iPhone SE 4-dür. 2025 iPhone SE modeli, daha sərfəli qiymətə Apple Intelligence xüsusiyyətlərini təklif edəcək. 2022-ci ildən bəri yenilənməyən iPhone SE-nin OLED ekrana sahib olacağı və dizayn baxımından iPhone 14-ə bənzəyəcəyi gözlənilir. Buna görə də bu smartfon, iOS 18 AI xüsusiyyətlərini sevənlər üçün yaxşı seçim olacaq.
         Bu il Apple, yeni iOS versiyasının əsas xüsusiyyətlərini Pro modelləri ilə məhdudlaşdırdı. Apple-ın proqram mühəndisliyi üzrə rəhbəri Craig Federighi-nin sözlərinə görə, şirkət həmişə köhnə cihazlara yeni funksiyalar gətirməyə çalışır, lakin Apple Intelligence-in düzgün çalışması üçün müəyyən avadanlıq tələb olunur. iPhone 15 Pro modelləri, köhnə modellərdə yer alan A16 çipindən daha sürətli olan 16 nüvəli Neural Engine-ə A17 Pro çipindən istifadə edir. Federighi həmçinin bütün uyğun cihazların ən azı 8 GB RAM-a sahib olduğunu bildirərək RAM-ın da böyük bir rol oynadığını vurğulayır.
    Paylaş