
iPhone 15-lər Thunderbolt dəstəyini əldə edəcəklər
iPhone 15 smartfonları üçün nəzərdə tutulmuş USB Type-C girişlərinin eksklüziv fotolarını əldə etmiş insayderlər bildiriblər ki, iPhone 15-lər Thunderbolt texnologiyasının dəstəyinə sahib olacaqlar. Qeyd etmək lazımdır ki, Thunderbolt Intel-in Apple ilə birgə hazırlamış olduğu hardware interfeys texnologiyasıdır. Bu texnologiya məlumatların yüksək sürətlə ötürülməsi üçün nəzərdə tutulub. Thunderbolt-un hal hazırki versiyası USB Type-C üzərindən Apple şirkətinin Mac və iPad kimi cihazlarında çalışır. İnsayderlər bildiriblər ki, iPhone 15 smartfonları üçün nəzərdə tutulmuş USB Type-C girişləri Retimer adlı çipə sahibdirlər.
Bu çip isə adətən Thunderbolt dəstəkli cihazlarda siqnalın bərpasında və onun zəifləməsinin qarşısının alınmasında istifadə edilir. iPhone 15 modellərində reallaşdırılacaq USB Type-C girişləri məlumatları yüksək sürətlə ötürmə potensialına sahib ola bilərlər. Məsələn USB 2.0 əsasında çalışan Lightning girişi üzərindən məlumatlar saniyədə 480 Mbit sürətlə ötürülür. Ənənəvi USB Type-C girişləri məlumatları saniyədə 5-10 Gbit sürətlə ötürürlər. Lakin Thunderbolt-da bu göstərici saniyədə 40 Gbit-ə kimi yüksələ bilir. Thunderbolt dəstəyinin bütün iPhone 15 modellərində və ya yalnız iPhone 15 Pro modellərində olacağı bilinmir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...