
iPhone 15-lər üçün olan USB Type-C naqillərinin fotoları ortaya çıxıb
Çoxlu sayda olmuş məlumat sızıntısı hesabına biz artıq bilirik ki, Apple iPhone 15-də Lightning girişini USB Type-C ilə əvəz edəcək. İndi isə insayderlərdən biri iPhone 15 smartfonlarının komplektlərinə daxil olacaq USB Type-C naqillərinin əks olunduqları fotoları təqdim edib. Təqdim olunmuş fotolarda naqillər hörülmüş formada və müxtəlif rənglərdə əks olunublar.
Çox güman ki, şirkət naqillərin rənglərini hər bir iPhone 15 modelinin gövdə rənginə əsasən hazırlayacaq. Bu cür strategiya yeni MacBook Air modellərində istifadə edilir. Heç istisna deyil ki, hörülmüş formada hazırlanmış USB Type-C naqilləri yalnız iPhone 15 Pro modelləri üçün nəzərdə tutulsun. Bu halda iPhone 15 və iPhone 15 Plus üçün onlar adi naqil şəklində olacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyası gələn ayın ortasında təqdim olunacaq.
Paylaş
Bənzər xəbərlər