
iPhone 15-lərdə büdcəli USB Type-C naqilləri məhdudlaşdırılacaq
Apple şirkətinin iPhone 15 smartfonlarında Lightning girişindən USB Type-C girişinə keçid etmək qərarı şarj prosesi üçün büdcəli naqillərə üstünlük verən sitifadəçilərə heç bir dəyişiklik gətirməyəcək. Belə ki, iPhone 15-də istifadə ediləcək xüsusi çipin internetdə ortaya çıxmış fotosu ona işarə edir ki, həmin çip smartfona qoşulu olacaq aksesuarlarda MFi (Made For iPhone, iPad, iPod) sertifikatının və ya onun digər analoqunun olub-olmadığını yoxlamağa davam edəcək.
İnsayderlərin sözlərinə əsasən sözügedən çip naqil üzərindən ötürülən məlumatların şifrələnməsindən və sürətli şarj texnologiyasından cavabdeh olacaq. Başqa sözlə desək, iPhone 15 modellərində sertifikatlaşdırılmamış naqillərdən istifadə zamanı bu iki imkan məhdudlaşdırıla bilər. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bunun olacağı barəsində məlumat vermişdi.
Paylaş
Bənzər xəbərlər