Logo
    iPhone 15-lərdə olacaq USB-C girişlərini əks etdirən foto təqdim edilib

    iPhone 15-lərdə olacaq USB-C girişlərini əks etdirən foto təqdim edilib

    Cihazlar+
    10.08.2023
        Macrumors saytı iPhone 15 smartfonları üçün nəzərdə tutulmuş USB-C girişlərini əks etdirən fotonu təqdim edib. Təqdim edilmiş bu foto bir daha onu sübut edir ki, Apple şirkəti bu il öz smartfonlarında Lightning girişindən USB-C girişinə keçid edəcək. Qeyd etmək lazımdır ki, son aylar ərzində məşhur insayder Mark Gurman ilə analitik Ming-Chi Kuo məhz bunu bildirirlər.
      Şirkətin  USB-C girişinə keçid etməsi öz növbəsində Avropa Birliyinin bütün elektron cihazlar üçün vahid şarj girişi qanununa qiayət etməyə imkan verəcək. Gözləntilərə əsasən iPhone 15 Pro modellərindəki USB-C girişi məlumatların daha yüksək sürətlə ötürülməsini dəstəkləyəcək. Bu halda iPhone 15 iPhone 15 Plus modellərində olacaq USB-C girişi məlumatların ötürülməsi məsələsində USB 2.0-ın sürətini dəstəkləyəcək. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının təqdimatı gələn ayın ortasına gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iPhone 15-lərdə olacaq USB-C girişlərini əks etdirən foto təqdim edilib