main-post-cover

    iPhone 15-lərin baha başa gələn istehsalatları iPhone 16-nın qiymətini qaldıra bilər

    Cihazlar+
    23.10.2023
    Emil Nəcəfov
         iPhone 15 smartfonlarının istehsalat xərcləri Apple üçün rekord olublar. Belə ki, bu ilki smartfonların istehsalat xərcləri keçən ilki iPhone 14 modellərinin istehsalat xərclərindən daha yüksəkdirlər. Məsələn iPhone 15 Pro Max modelinin bütün detallarının ümumi dəyəri 558$ təşkil edir. Bu isə iPhone 14 Pro Max-ın maya dəyərindən 12% bahadır. iPhone 15 Pro Max-ın telekamerasının qiyməti 30$ təşkil edir. Bu isə iPhone 14 Pro Max-ın telekamerasının qiymətindən qat-qat bahadır.
         iPhone 15 Pro modellərində istifadə edilən gövdə ətrafı metal çərçivənin qiyməti 50$, A17 Pro prosessorunun qiyməti isə 130$-dır. Müqayisə üçün qeyd etmək lazımdır ki, 2018-ci ildən 2021-ci ilə kimi iPhone Pro Max modelləri üçün detalların ümumi qiymətləri 400-450$ təşkil edirdi. 2022-ci ildə isə detalların qiymətlərində təqribi olaraq 20% artım oldu. Detalların qiymətlərindəki artıma baxmayaraq Apple şirkəti iPhone 15 modellərinin satış qiymətlərində artıma yol vermədi. Verilmiş məlumata əsasən bu cür qərar Apple şirkətinin gəlirlərinin azalmasına səbəb olacaq. Buna görə də şirkət gələn il təqdim olunacaq iPhone 16 smartfonlarının satış qiymətlərində artımı reallaşdıra bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yeni iPad planşetlərinin nə zaman təqdim olunacaqları açıqlanıb
    yeni-ipad-plansetlerinin-ne-zaman-teqdim-olunacaqlari-aciqlanib
    Apple sensorlu ekrana sahib HomePod üzərində çalışır
    apple-sensorlu-ekrana-sahib-homepod-uzerinde-calisir
    Apple böyük ekranlı yeni iPad Air planşeti üzərində çalışır
    apple-boyuk-ekranli-yeni-ipad-air-planseti-uzerinde-calisir
    Gələn il bütün iPhone 16 modelləri yeni prosessor ilə təchiz olunacaqlar
    gelen-il-butun-iphone-16-modelleri-yeni-prosessor-ile-techiz-olunacaqlar
    Apple şirkəti AirTag 2 axtarış trekerini müəyyən müddətlik təxirə salıb
    apple-sirketi-airtag-2-axtaris-trekerini-mueyyen-muddetlik-texire-salib