
iPhone 15 modelləri bir dəfə şarj olunandan sonra daha uzun müddət ərzində çalışa biləcəklər
iPhone 13 və iPhone 14 smartfon seriyalarının Pro modelləri iPhone-lar arasında uzun müddət ərzində çalışma özəllikləri baxımından liderdilər. Bu, smartfonların software və hardware özəlliklərini optimizasiya edən xüsusi texnologiyalar vasitəsilə mümkün olub. Yeni məlumata əsasən bu il təqdim olunacaq iPhone 15 seriyasında Apple şirkəti smartfonların çalışma müddətləri mövzusunda yeni səviyyəyə yüksəlmək niyyətindədir. Bunu mümkün edəcək faktorlar arasında təkcə 3 nanometrlik prosessor deyil, həmçinin ekran mövzusundakı innovasiyalı həllər olacaq. Beləliklə Çinin kütləvi informasiya vasitələri məlumat veriblər ki, iPhone 15 modelləri yeni nəsil ekran çipi ilə təchiz olunacaqlar. O isə öz növbəsində 40 nanometrlik deyil, 28 nanometrlik texnoloji proses əsasında hazırlanacaq. Bu öz növbəsində yeni smartfonlarda enerji sərfiyyatını aşağı salacaq və onların daha uzun müddət ərzində çalışmalarına imkan verəcək.
Paylaş
Bənzər xəbərlər