main-post-cover

    iPhone 15 modellərinin gövdələri yeni eksklüziv rənglər əldə edəcəklər

    Cihazlar+
    24.02.2023
    Farid Pardashunas
        İnternetdə iPhone 15 Pro-nun yeni CAD render fotosu ortaya çıxıb. Lakin ortaya çıxmış yeni CAD render fotoda əsas diqqət smartfonun dizaynına deyil, onun gövdə rənginə ayrılıb. Bundan əlavə olaraq insayderlər bu ilki iPhone 15 modellərində reallaşdırılacaq yeni gövdə rəngləri barəsində məlumat veriblər. Məlumata əsasən yeni rəng çalarları iPhone XRiPod Touch-da reallaşdırılmış rəng çalarlarına yaxın olacaq.
        İnsayderlər bildiriblər ki, Apple hal hazırda iPhone 15 modellərinin gövdələri üçün 3 yeni rəngi test edir. iPhone 15 Pro modelləri üçün tünd qırmızı, adi iPhone 15 ilə iPhone 15 Plus üçün isə mavi və çəhrayı rənglər. İnsayderlər həmçinin bu yeni rəng çalarlarının HEX kodlarını da təqdim ediblər. Aşağıdakı qeyd edilmiş HEX kod linklərinə daxil olaraq yeni rəng çalarlarını görmək olar.
    #410D0D - tünd qırmızı
    #0DB1E2 - mavi
    #CE3B6C - çəhrayı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər