Logo
    main-post-cover

    iPhone 15 modellərinin hansı həcmdə batareyalara sahib olacaqları məlum olub

    Cihazlar+
    05.07.2023
    Emil
        iPhone 15 smartfon seriyasının sentyabrda təqdim olunacağına baxmayaraq onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə iPhone 15 smartfonlarının hansı həcmdə batareyalara sahib olacaqları barəsində məlumat ortaya çıxıb. iPhone-ların istehsalı ilə məşğul olan Foxconn şirkətinin zavodunda çalışan işçinin verdiyi məlumata əsasən bütün iPhone 15 modellərinin batareya həcmləri yüksələcək. Belə ki, iPhone 15 modeli 3877 mAh, iPhone 15 Plus modeli 4912 mAh, iPhone 15 Pro modeli 3650 mAh, iPhone 15 Pro Max modeli isə 4852 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
        Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14 modeli 3279 mAh, iPhone 14 Plus modeli 4325 mAh, iPhone 14 Pro modeli 3200 mAh, iPhone 14 Pro Max modeli isə 4323 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Əgər təqdim edilmiş məlumatlar doğrudursa, deməli iPhone 14 modelləri ilə müqayisədə iPhone 15 modellərində batareya həcmləri 12-14% yüksələcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, iPhone 15 ilə iPhone 15 Plus minimum 128 GB, iPhone 15 Pro ilə iPhone 15 Pro Max isə minimum 256 GB daxili yaddaş həcminə sahib olacaq.
    Paylaş
    Bənzər xəbərlər