
iPhone 15 Plus-ın CAD render fotoları təqdim edilib
9to5mac saytı iPhone 15 Plus smartfonunun CAD render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, bu il təqdim ediləcək iPhone 15 Plus modelini iPhone 14 Plus-dan fərqləndirəcək əsas özəlliklərdən biri də USB Type-C girişi olacaq. Ümumiyyətlə bu il bütün iPhone 15 modellərində Lightning girişinin USB Type-C ilə əvəzlənməsi gözlənilir.
Bundan əlavə olaraq iPhone 15 Plus-ın ekranı üzərində Dynamic Island çıxıntısı reallaşdırılacaq. Keçən il Dynamic Island çıxıntısı yalnız iPhone 14 Pro modellərində reallaşdırılmışdı. Bu il isə bütün iPhone 15 modellərində bu çıxıntı hissənin olacağı gözlənilir. CAD render fotolardan görmək olar ki, iPhone 14 Plus ilə müqayisədə iPhone 15 Plus-ın ekran ətrafı çərçivələri daha nazik olacaq. Həmçinin smartfonun arxa kamera sahəsi gövdədən daha hündür şəkildə yerləşəcək. iPhone 15 smartfon seriyasının təqdimatı bu ilin sentyabr ayında baş tutmalıdır.
Paylaş
Bənzər xəbərlər