iPhone 15 Plus-ın əsas arxa kamerası barəsində məlumat verilib

iPhone 15 Plus-ın əsas arxa kamerası barəsində məlumat verilib

Mobil Cihazlar
22.05.2023 PAYLAŞIM

    Apple şirkəti bu il iPhone 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellər arasında iPhone 15 Plus-ın da olacağı gözlənilir. İndi isə insayderlər onun əsas arxa kamerası barəsində məlumat veriblər. Beləliklə insayderlərin sözlərinə əsasən iPhone 15 Plus modeli 48 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Bununla yanaşı onun kamerasında foto çəkilişi ilə bağlı daha bir yenilik reallaşdırılacaq.

    Belə ki, DRAM yaddaş çipi birbaşa təsvirlərin emalı prosessoru (ISP) ilə əlaqəli olacaq. Bu isə öz növbəsində smartfonla ISP arasındakı məlumat mübadiləsini sürətləndirəcək. İstifadəçi bunu dinamik obyektlərin fotolarını çəkən zaman hiss edəcək. Belə ki, bu cür obyektlərin çəkilmiş fotolarının keyfiyyətləri daha yüksək olacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 15 Plus-ın A16 Bionic prosessoru, ekran üzərində Dynamic Island çıxıntısı və ikili arxa kamera ilə təchiz olunacağı gözlənilir.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×