main-post-cover

    iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıla bilər

    Cihazlar+
    28.09.2023
    Emil Nəcəfov
        iPhone 15 ProiPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq kütləvi xarakter almağa başlayıb. Buna görə də Apple şirkətinin bu problemi aradan qaldırmaq üçün radikal addım atacağı istisna edilmir. Söhbət, iPhone 15 Pro modellərində istifadə edilən A17 Pro adlı 3 nanometrlik prosessorun performansını aşağı salmaqdan gedir. Son günlər ərzində daha çox istifadəçi iPhone 15 Pro modellərində yüksək qızma problemindən şikayətlənməyə başlayıb.
        Şirkətin texniki dəstək xidməti qızmanın smartfon resurslarından ilk intensiv istifadə nəticəsi olduğu bəyanatını verərək iPhone 15 Pro modellərinin sahiblərini sakitləşdirməyə çalışır. Şirkət mütəxəssisləri bildirirlər ki, yaxın zamanda vəziyyət stabil hala gələcək. Məşhur analitik Ming-Chi Kuo artıq bildirib ki, iPhone 15 Pro modellərində ciddi qızma probleminin səbəbi smartfonlardakı titan materialdan hazırlanmış gövdə çərçivəsidir. Belə ki, alüminiumdan fərqli olaraq titan o qədər də yaxşı istilik keçiriciliyinə sahib deyil.
        Məlumata əsasən iPhone 15 Pro modellərinin şarj prosesləri zamanı hər hansısa mobil oyunun işə salınması nəticəsində smartfonlar 44 dərəcə Selsiyə kimi qıza bilirlər. Bəzi istifadəçilərdə temperatur göstəricisi hətta 50 dərəcə Selsiyə də çatıb. Bəzi çinli isatifadəçilərin sözlərinə əsasən yüksək temperatura kimi qızma səbəbilə smartfonları şarj etmək mümkün olmur. Ming-Chi Kuo-nun fikrincə yaranmış bu problemi yalnız A17 Pro prosessorunun performansını süni şəkildə aşağı salmaqla aradan qaldırmaq mümkündür. Lakin bu cür üsul öz növbəsində smartfonların satışlarına da mənfi təsir göstərə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər