Logo
    main-post-cover

    iPhone 15 Pro Max 5-6 qat optik zoom-a sahib kamera ilə təchiz oluna bilər

    Cihazlar+
    19.04.2023
        Ortaya çıxmış məlumatlara əsasən Apple şirkəti bu il iPhone 15 Pro ilə 15 Pro Max arasındakı fərqi daha da artırmaq niyyətindədir. Yeni məlumatlarda qeyd edilib ki, bu smartfonlar bir-birilərindən təkcə ekran ölçüləri deyil həmçinin kameralar baxımından da fərqlənəcəklər. Hər iki smartfon üçlü arxa kamera ilə təchiz olunacaq. Lakin iPhone 15 Pro Max-da yaxşılaşdırılmış 5-6 qat optik zoom özəlliyi reallaşdırılacaq. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 14 Pro Max-da maksimum 3 qat optik zoom mövcuddur. Digər özəlliklər baxımından iPhone 15 Pro ilə 15 Pro Max-ın eyni olacaqları gözlənilir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...