iPhone 15 Pro Max-a böyük tələbat müşahidə edilir

iPhone 15 Pro Max-a böyük tələbat müşahidə edilir

Mobil Cihazlar
18.09.2023 PAYLAŞIM

    iPhone 15 smartfon seriyasının rəsmi təqdimatından öncə analitiklər proqnozlaşdırırdılar ki, iPhone 15 Pro modelləri məhdud sayda satışa çıxacaqlar. Qeyd etmək lazımdır ki, iPhone 15-lərin satışları artıq 22 sentyabr tarixində start götürəcək. Analitiklərin daha öncədən proqnozlaşdırdıqları vəziyyət isə doğru olub. Məşhur analitik Ming-Chi Kuo-nun verdiyi məlumata əsasən yeni smartfonlara ön sifarişlərin qəbul edilməsi mərhələsində alıcıların iPhone 15 Pro Max modelinə olan böyük maraqları müşahidə edilir. Yəni tələbat daha çox iPhone 15 Pro Max modelinədir.

    Məlumatda qeyd edilib ki, iPhone 15 Pro Max-ın ön sifariş göstəriciləri keçən il eyni müddət ərzində olmuş iPhone 14 Pro Max-ımn ön sifariş göstəricilərini artıq geridə qoyub. Bununla belə iPhone 14 Pro ilə müqayisədə iPhone 14 Pro-ya tələbat azdır. Bu isə alıcıların daha çox məhz iPhone 15 Pro Max modelinə maraq göstərdiklərini sərgiləyir. Bundan əlavə olaraq digər iPhone 15 modellərindən fərqli olaraq iPhone 15 Pro Max-ın istehsalına daha gec start verilib. Bütün bu faktorlar isə mağazaların iPhone 15 Pro Max ilə təchiz olunmalarında gecikmələrə səbəb olublar. Məsələn ABŞ-da iPhone 15 Pro Max-ın bəzi versiyaları alıcılara yalnız noyabr ayında çatdırılacaq.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×