
iPhone 15 Pro Max-ın adının iPhone 15 Ultra ilə əvəzlənmə şansı var
Hələ keçən ilin sonunda məlumat ortaya çıxmışdı ki, iPhone 15 Pro Max modelinin adı iPhone 15 Ultra ilə əvəzlənə bilər. Lakin daha sonradan bu cür məlumatların ardı-arası kəsildi. İnsayderlər belə qənaətə gəldilər ki, smartfon ənənəyə sadiq qalaraq öz adını iPhone 15 Pro Max kimi qoruyub saxlayacaq. Lakin bu, belə olmaya bilər. Belə ki, Appleinsider saytınınn jurnalisti Andrew O’Hara bildirib ki, sözügedən iPhone 15 modelinin adında Ultra sözü istifadə edilə bilər.
“Bir neçə mənbənin mənə vermiş olduğu məlumata əsasən Apple həqiqətən də iPhone 15 Ultra adından istifadə edəcək” - deyə jurnalist qeyd edib. İndiyənə kimi iPhone 15 seriyasının bu modelinin qutusunun hər hansısa fotosu ortaya çıxmadığına görə təqdim olunmuş məlumatı şayiə kimi qəbul etmək lazımdır. Bununla yanaşı jurnalist bildirib ki, iPhone 15 Ultra smartfonu böyük ölçülü ekranı 10 qat zoom-a sahib periskop kameranı və titan materialdan hazırlanmış gövdəni əldə edəcək. Qeyd etmək lazımdır ki, iPhone 15 smartfon seriyasının təqdimatı gələn ayın ortasında baş tutmalıdır.
Paylaş
Bənzər xəbərlər