Logo
    iPhone 15 Pro Max-ın maksimal daxili yaddaş həcmi məlum olub

    iPhone 15 Pro Max-ın maksimal daxili yaddaş həcmi məlum olub

    Cihazlar+
    06.09.2023
      Artıq gələn həftənin ikinci günündə Apple şirkəti iPhone 15 smartfon seriyasını təqdim edəcək. Sözügedən seriyaya daxil olacaq modellərdən biri də iPhone 15 Pro Max olacaq. İndi isə insayderlərdən biri iPhone 15 Pro Max-ın qutusunun fotosunu təqdim edib. Təqdim edilmiş fotodan da görmək olar ki, qutu üzərində smartfonun 2 TB daxili yaddaş həcmi ilə təchiz olunduğu qeyd edilib. Beləliklə iPhone 15 Pro Max modelinin 2 TB daxili yaddaş həcminə sahib versiyasının olacağı da beləcə təsdiqlənmiş oldu. Analitiklərin fikirlərinə əsasən bu qədər daxili yaddaş həcmi smartfonun qiymətini 1799$-a kimi yüksəldə bilər.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    iPhone 15 Pro Max-ın maksimal daxili yaddaş həcmi məlum olub