
iPhone 15 Pro Max-ın maya dəyəri nə qədər təşkil edir?
Cihazlar+
14.11.2023
Emil
Counterpoint Research şirkətinin analitikləri iPhone 15 smartfon seriyasının modellərindən birinin maya dəyərini hesablayıblar. Söhbət, iPhone 15 Pro Max-dan gedir. Məlum olub ki, keçən ilki iPhone 14 Pro Max-dan fərqli olaraq iPhone 15 Pro Max-ın istehsalı Apple şirkətinə daha baha başa gəlir. Beləliklə iPhone 15 Pro Max-ın 8 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib versiyasının istehsalı ümumilikdə şirkətə 502$-a başa gəlir.

Bununla belə sözügedən iPhone 15 Pro Max modelinin satış qiyməti (1199$) iki dəfə yüksəkdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, 502$-lıq xərcə yalnız smartfonun detallarının qiymətləri daxildir. Bu mövzuda marketinq və logistika kimi xərclər nəzərə alınmır. Məlumatda qeyd edilib ki, iPhone 14 Pro Max ilə müqayisədə iPhone 15 Pro Max-ın detallarının qiymətləri ümumilikdə 37.7$ artıb. Smartfonun istehsalının bu qədər baha başa gəlməsinə 3 detal səbəb olub. Söhbət, A17 Pro prosessorundan, 5 qat zoom-a sahib teleobyektivdən və titan materialdan hazırlanmış gövdə ətrafı çərçivədən gedir.
Paylaş
Bənzər xəbərlər

Elm & Texnologiya
Apple M3 Ultra prosessorunu təqdim edə bilər
Keçən ayın sonunda Apple şirkəti M3 prosessor seriyasını təqdim etdi.

Əməliyyat sistemləri
iPhone istifadəçiləri üçün kənar resurslardan tətbiq yükləmə imkanı hazırlanır
Avropa qanunvericiliyi iPhone istifadəçilərinə kənar resurslardan tətbiqlərin quraşdırılması imkanının təqdim olunmasını Apple şirkətindən tələb edir.

Elm & Texnologiya
Apple şirkətinin OLED ekranlı cihazlarının nə zaman satışa çıxacaqları məlum olub
İnsayderlər Apple şirkətinin OLED ekranlı cihazlarının nə zaman satışa çıxacaqlarını əks etdirən qeyri-rəsmi yol xəritəsini təqdim ediblər.

Elm & Texnologiya
Apple iPhone və iPad-lar üçün fərdi batareyaların hazırlanmasına başlayıb
Son illərdə Apple şirkəti öz təchizatçılarından olan asılılığını aşağı salmağa hədəflənib.

Elm & Texnologiya
Apple 27 düym ekranlı iMac-ın istehsalından imtina edib
Keçən ayın sonunda Apple şirkəti M3 prosessoru vasitəsilə çalışan 24 düym ekranlı yenilənmiş iMac-ı təqdim etdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
