Logo
    main-post-cover

    iPhone 15 Pro Max-ın real performans göstəriciləri flaqman Android smartfonlardan daha aşağıdır

    Cihazlar+
    25.09.2023
    Emil
        Apple şirkəti iPhone 15 Pro ilə iPhone 15 Pro Max-ı dünyanın ən yaxşı oyun konsolları hesab etdiyi bir vaxtda adi istifadəçilər sözügedən smartfonların performanslarından şikayətçidirlər. Bununla belə flaqman Android smartfonlar yeni iPhone modellərini qrafik testlərdə geridə qoyurlar. iPhone 15 Pro Max ilə iPhone 15 Plus modellərini test etmiş bloggerlərdən biri sözügedən smartfonlarda 3DMark Wildlife Extreme testini işə salıb. Bu test smartfonların qrafik sistemlərinə yüksək yüklənməni imitasiya edir. Müqayisə üçün eyni test həmçinin Samsung Galaxy S23 Ultra-da işə salınıb.
        Təqdim edilmiş qrafikdən də görmək olar ki, bu testin ikinci dəfə Apple smartfonlarında işə salınması zamanı onlar öz pik performans göstəricilərinin 20%-ni itirirlər. Müqayisə üçün Galaxy S23 Ultra ilkin testdə daha yüksək nəticə sərgilədiyi kimi öz maksimal performans göstəricisini də daha ləng şəkildə aşağı salır. Testin Galaxy S23 Ultra-da 20-ci dəfə işə salındığı halda da o, Apple smartfonlarından daha yüksək nəticə göstərir. Yeni Apple smartfonlarını test etmiş blogger bildirib ki, mobil oyunlar və adi şarj prosesi zamanı iPhone 15 Pro Max olduqca çox qızır.
    Paylaş
    Bənzər xəbərlər