
iPhone 15 Pro Max iPhone 14 Pro Max-dan daha baha qiymətə satılacaq
Apple bu ilin sentyabr ayında iPhone 15 smartfon seriyasını təqdim etməlidir. Seriyaya daxil olacaq smartfonlardan biri də iPhone 15 Pro Max olacaq. İnsayderlərin sözlərinə əsasən iPhone 15 Pro Max modeli iPhone 14 Pro Max-dan daha baha qiymətə satılacaq. Qeyd etmək lazımdır ki, iPhone 14 Pro Max-ın ABŞ-da start qiyməti 1100$ təşkil edir. Bununla yanaşı məlumatda qeyd edilib ki, iPhone 15 Pro Max-ı iPhone 15 Pro-dan fərqləndirəcək əsas özəlliklərdən biri də periskop kamera obyektivinin mövcudluğu olacaq. Gözləntilərə əsasən periskop kamera obyektivi smartfonu 5 və ya 6 qat zoom imkanı ilə təmin edəcək. İnsayderlərin sözlərinə əsasən iPhone 15 smartfonlarının kütləvi istehsalına gələn ay start veriləcək.
Paylaş
Bənzər xəbərlər