iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivələrini əldə edə bilər
Cihazlar+
17.03.2023
Farid Pardashunas
Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 Pro Max modeli barəsində maraqlı bir məlumat verib. Belə ki, insayder bildirib ki, iPhone 15 Pro Max modeli bazarda mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivələrinə sahib olacaq. İnsayder qeyd edib ki, smartfon bu məsələdə rekorda imza atacaq. Qeyd etmək lazımdır ki, hal hazırda bazarda ən nazik ekran çərçivələrinə sahib smartfon Xiaomi 13-dür. Xiaomi 13-ün ekran çərçivələrinin qalınlıqları 1.81 mm təşkil edir. İnsayderin sözlərinə əsasən iPhone 15 Pro Max-ın ekran çərçivələrinin qalınlıqları isə 1.55 mm təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 14 Pro-nun ekran çərçivələrinin qalınlıqları 2.17 mm, Galaxy S23 Ultra-nın ekran çərçivələrinin qalınlıqları isə 1.95 mm təşkil edir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ