Logo
    main-post-cover

    iPhone 15 Pro modelləri fiziki SIM kart girişindən məhrum ola bilərlər

    Cihazlar+
    26.12.2021
    Emil
        Ortaya çıxmış son məlumatlara əsasən Apple şirkətinin 2023-cü ildə təqdim edəcəyi iPhone modellərinin Pro versiyalarında fiziki SIM kart girişi olmayacaq. Qeyd etmək lazımdır ki, son iPhone modelləri nano-SIM kartlar üçün nəzərdə tutulmuş ayrıca girişə sahibdirlər. Bundan əlavə olaraq Apple şirkətinin son smartfonları həmçinin rəqəmsal eSIM kartlarını da dəstəkləyirlər. Lakin gələcəkdə şirkət fiziki SIM kart dəstəyindən imtina edərək yalnız rəqəmsal eSIM kartlara keçid edə bilər.
        Məlumatda qeyd edilib ki, sözügedən özəllik iPhone 15 seriyasının Pro modellərini əhatə edəcək. Məlumata əsasən həmin smartfonlar iki ədəd eSIM kart dəstəyini əldə edəcəklər. Bununla da iPhone 15 seriyasının Pro modelləri özlərində eyni anda Dual SIM dəstəyini də qoruyub saxlayacaqlar. Bundan əlavə olaraq fiziki SIM kart girişindən imtina öz növbəsində smartfon gövdələrinin sudan qorunma özəlliklərinin yaxşılaşdırılmasına səbəb ola bilər. iPhone 15 seriyasının təqdimatına hələ 2 il vaxt var. Buna görə də ortaya çıxmış bu məlumata bir qədər şübhə ilə yanaşmaq lazımdır.
    Paylaş
    Bənzər xəbərlər