Logo
    main-post-cover

    iPhone 15 Pro modelləri ilə bağlı yeni məlumatlar verilib

    Cihazlar+
    30.03.2023
    Emil
        iPhone 14 modellərinin ekranlarındakı Dynamic Island adlı çıxıntı hissə barəsində məlumatları ilk paylaşmış insayder iPhone 15 Pro modellərinin düymələri ilə bağlı yeni məlumatı təqdim edib. Beləliklə insayder bildirib ki, iPhone 15 Pro modellərində düymələrin idarəsindən əlavə köməkçi prosessor cavabdeh olacaq. Əlavə köməkçi prosessor sayəsində düymələr hətta smartfonun sönülü olduğu vaxtda da çalışa biləcəklər. Qeyd etmək lazımdır ki, Apple Bionic prosessorlarında aşağı enerji sərfiyyatı rejimi mövcuddur.
        Bu rejim sayəsində bəzi funksiyalar hətta smartfonun sönülü olduğu vaxtda da çalışa bilirlər. Məsələn kontaktsız ödənişlər üçün olan NFC çipi bu rejim çərçivəsində çalışa bilir. İnsayder bildirib ki, iPhone 15 Pro modellərində olacaq yeni köməkçi prosessor yandırıb/söndürmə, səsin tənzimlənməsi və smartfonun səssiz rejimə keçirilməsi düymələrinin çalışmalarından cavabdeh olacaq. Bundan əlavə olaraq insayder bildirib ki, Apple iPhone 15 Pro modellərində səsin tənzimlənməsi məsələsində iki variantı nəzərdən keçirdir. Onlardan biri swype üsulu, digəri isə 3D Touch analoqudur.
    Paylaş
    Bənzər xəbərlər