main-post-cover

    iPhone 15 Pro modellərində güclü qızma problemi yaşanır

    Cihazlar+
    27.09.2023
    Emil Nəcəfov
        İnternetdə iPhone 15 smartfonlarının daha detallı testləri ortaya çıxmağa başlayıb. Həmin testlərə əsasən iPhone 15 Pro modelləri ciddi qızma problemi yaşayırlar. Nəticədə onların mobil oyunlarda performansları daha zəif prosessorlara sahib əvvəlki iPhone modellərinin performanslarından daha aşağı olurlar. Qeyd etmək lazımdır ki, iPhone 15 Pro modelləri bazarda ilk 3 nanometrlik prosessorla təchiz olunurlar. Söhbət, A17 Pro-dan gedir. Sözügedən prosessorun qrafik sistemi A16 Bionic prosessorunun qrafik sistemindən 20% daha sürətlə çalışır. TechTablets adlı Youtube kanalının müəllifləri iPhone 15 Pro Max ilə iPhone 14 Pro Max-da Wild Life Extreme Stress testini işə salıblar. Bu test mobil cihazların sistemlərinə maksimal yüklənməni imitasiya edir.
        Beləliklə testin işə salınmasından artıq 2 dəqiqə sonra iPhone 15 Pro Max modelinin performans göstəricisi 25% aşağı düşüb və daha da aşağı düşməyə davam edib. Sözügedən test çərçivəsində iPhone 14 Pro Max modelində də performans göstəricisinin aşağı düşməsi müşahidə edilib. Lakin iPhone 15 Pro Max-dan fərqli olaraq iPhone 14 Pro Max modeli daha yüksək kadr tezliyini sərgiləyib. Məlum olub ki, iPhone 15 Pro Max-da performans göstəricisinin kəskin şəkildə aşağı düşməsi A17 Pro prosessorunun güclü qızması ilə bağlıdır. Smartfon sisteminə güclü yüklənmə nəticəsində prosessorun yerləşdiyi sahədə gövdənin temperaturu 48 dərəcə Selsiyə yüksəlib.
        Bu isə smartfon üçün yüksək bir temperatur göstəricisidir. Bəzi fikirlərə əsasən bu, A17 Pro prosessorunun 3 nanometrlik texnoloji proses əsasında hazırlanması ilə bağlıdır. Görünür, TSMC şirkəti bu texnoloji proses əsasında kütləvi prosessorların istehsalına hələ hazır deyil. Çox güman ki, Apple şirkəti A16 Bionic ilə müqayisədə A17 Pro-da performansın necə artdığını sərgiləmək üçün yeni prosessorun keyfiyyətini və enerji effektivliyini qurban verib. Nəticədə isə alıcılar yeni prosessorun güclü qızması və performans göstəricisinin aşağı düşməsi problemləri ilə qarşılaşıblar. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər