
iPhone 15 Pro modellərində qızılı rəngdə gövdə variantı olmayacaq
Gələn ayın ortasında iPhone 15 smartfon seriyasının təqdimatı gözlənilir. Təqdimat tədbiri yaxınlaşdıqca sözügedən smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. 9to5mac saytının təqdim etmiş olduğu yeni məlumata əsasən Apple bu il iPhone 15 Pro ilə iPhone 15 Pro Max-da qızılı rəngdə gövdə variantından imtina edəcək. Qeyd etmək lazımdır ki, şirkət bu gövdə rəngini 2018-ci ildə iPhone Xs-dən başlayaraq təklif edib.
Məsələ burasındadır ki, iPhone 15 Pro modellərinin gövdələri yeni materialdan hazırlanmış örtüyə keçid edəcəklər. Sözügedən smartfonlarda paslanmaz polad əvəzinə titan materialın istifadəsi gözlənilir. Görünür, bu səbəbdən şirkət iPhone 15 Pro modellərinin gövdələrinin rənglərini dəyişmək qərarına gəlib. iPhone 15 ilə iPhone 15 Plus modellərinə gəldikdə isə son məlumat sızıntılarına əsasən onlar 5 gövdə rəngində satışa çıxacaqlar. Qara, yaşıl, mavi, sarı və çəhrayı.
Paylaş
Bənzər xəbərlər