iPhone 15 Pro modellərində reallaşdırılacaq daha bir dəyişiklik məlum olub

iPhone 15 Pro modellərində reallaşdırılacaq daha bir dəyişiklik məlum olub

Mobil Cihazlar
06.03.2023 PAYLAŞIM

    Bir neçə müddət bundan öncə iPhone 15 modellərinin CAD render fotolarını təqdim etmiş 9to5mac saytı bu dəfə iPhone 15 Pro modelləri barəsində yeni məlumatı təqdim edib. Beləliklə 9to5mac saytı Apple məhsulları üçün nəzərdə tutulmuş sertifikatlaşdırılmış aksesuarların istehsalı ilə yaxından tanış olan mənbəyə istinadən xəbər verib ki, bu ilki iPhone 15 Pro modellərində smartfonun səssiz rejimə keçirilməsi üçün olan düymə ənənəvi tərzdə reallaşdırılmayacaq. Qeyd etmək lazımdır ki, indiyənə kimi bu düymənin olduğu bütün iPhone-larda o, sürüşdürmə mexanizminə sahib olan düymə kimi reallaşdırılıb.

    Smartfonu səssiz və ya səsli rejimə keçirtmək üçün düyməni sadəcə olaraq sol və ya sağ istiqamətə sürüşdürmək lazımdır. Lakin verilmiş yeni məlumata əsasən iPhone 15 Pro modellərində səssiz rejimə keçirtmə düyməsi adi düymə tərzində reallaşdırılacaq və o, istifadəçinin barmaq toxunuşuna reaksiya verəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, iPhone 15 Pro modellərində səsin tənzimlənməsi düymələri də fərqli şəkildə reallaşdırılacaq. Belə ki, indiyənə kimi iPhone modellərində səsin tənzimlənməsi imkanı iki düymədən ibarət idisə, iPhone 15 Pro modellərində bu, vahid bir düymə şəklində reallaşdırılacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×