Logo
    main-post-cover

    iPhone 15 Pro modellərindən birinə aid olan keysin fotoları təqdim eidlib

    Cihazlar+
    09.08.2023
    Emil
        İnsayderlər iPhone 15 Pro modellərindən birinə aid olan keysin fotolarını təqdim ediblər. Təqdim edilmiş fotolarda əks olunmuş keysdə maraqlı bir fərqləndirici özəlliyi görmək olar. Belə ki, keysdə səsin tənzimlənməsi düymələri üçün olan hissənin yuxarısında bir ədəd əlavə düymə üçün hissə yerləşir. Məsələ burasındadır ki, hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple iPhone 15 Pro modellərində ənənəvi səssiz rejimə keçid düyməsini adi düymə ilə əvəz edəcək.
        Qeyd etmək lazımdır ki, indiyənə kimi olmuş iPhone-larda səssiz rejimə keçid düyməsi sürüşdürmə mexanizmi vasitəsilə çalışırdı. iPhone 15 Pro modellərində reallaşdırılacaq adi düymə isə klikləmə mexanizmi vasitəsilə çalışacaq. Bununla yanaşı həmin düymə vasitəsilə smartfonu səssiz rejimə keçirtməklə yanaşı ona digər müxtəlif əməliyyatları təyin etmək mümkün olacaq. Məsələn sözügedən düymə vasitəsilə kameranı, fənəri və s. sistem özəlliklərini işə salmaq mümkün olacaq. Adi iPhone 15 ilə iPhone 15 Plus-da səssiz rejimə keçid düyməsi sürüşdürmə mexanizmi vasitəsilə çalışan ənənəvi düymə şəklində qalacaq.
    Paylaş
    Bənzər xəbərlər