
iPhone 15 Pro modellərinin satış qiymətlərində artım nə qədər təşkil edəcək?
Görünür, Apple şirkətinin iPhone 15 smartfonları hal hazırda aktual olan iPhone 14 smartfonlarından olduqca baha qiymətə satılacaqlar. iPhone 15 Pro modellərində qiymət artımının olacağı barəsində məlumat daha öncə də ortaya çıxmışdı. Həmin vaxtda insayderlərin bir hissəsi 50$-lıq, bir hissəsi isə 100$-lıq qiymət artımından xəbər vermişdilər. Lakin verilmiş yeni məlumatlara əsasən smartfonların qiymətlərində 200$-lıq artım ola bilər.
Digitimes saytının təqdim etmiş olduğu hesabatda qeyd edilib ki, smartfonların satış qiymətlərində artım 100-200$ təşkil edəcək. Yəni daha öncə proqnozlaşdırılmış 100$-lıq artım olduğu kimi qalıb. Lakin bununla belə heç də ürəkaçan olmayan variant kimi çıxış edən 200$-lıq artım də reallaşa bilər. Əgər iPhone 15 Pro modellərinin satış qiymətlərində artım 200$ təşkil etsə, ABŞ bazarında iPhone 15 Pro-nun qiyməti 1200$-dan, iPhone 15 Pro Max-ın qiyməti isə 1400$-dan start götürəcək.
Paylaş
Bənzər xəbərlər